Appaturay:"NATO ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatdır"

Xəbərin çap versiyası
Tarix: 12-06-2017, 19:50
Appaturay:"NATO ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatdır"


"NATO-ya üzv bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır".

SİVİL.AZ-ın məlumatına görə, bu sözləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

O bildirib ki, bu hal siyasi gərginliyə səbəb olur: “Bildiyiniz kimi, NATO-ya üzv iki ölkə - ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər. Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik”.

NATO təmsilçisi regionda təhlükəsizlik məsələsini yaxından izlədiklərini söyləyib: “Hazırda NATO ölkələri arasında narahatlıq kifayət qədər yüksəkdir. Bu yaxınlarda bu ərazidə toqquşmalar baş verib, kəskin bəyanatlar səsləndirilib, xəsarət alanlar olub. NATO birbaşa prosesə cəlb olunmayıb. Bizim mövqeyimiz Minsk qrupuna kömək etməkdir. NATO tərəflər və Minsk qrupu həmsədrləri tərəfindən problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara kömək göstərməyə davam edəcək”. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz