Tovuzda məktəb yanıb külə döndü VİDEO

Xəbərin çap versiyası
Tarix: 12-06-2017, 20:41
Tovuzda məktəb yanıb külə döndü


Tovuzda təhsil müəssisəsi yanıb.

SİVİL.AZ ARB-yə istinadən xəbər verir ki, rayonun Naiq Yusifov adına 170 şagird tutumlu Ağdam kənd tam orta məktəbinin əsas binasının dam örtüyü və yanar konstruksiyaları yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon Bölməsinin 3 yanğınsöndürən avtomobili cəlb edilib. Alov 15 dəqiqə müddətinə ram edilib.

Məktəbin direktorunun dediyinə görə, yanğına səbəb binanın damında yaranan qısaqapanma olub. Hadisə baş verən vaxt təhsil ocağında şagird və müəllim olmayıb. İnvertarlar vaxtında alovdan xilas edilib.

Şahnaz Əyyubova (məktəbin direktoru): "1-ə 10 dəqiqə qalmış yanğın başladı. İbtidai siniflər getmişdilər. Çıxarılan əşyaları çıxartdıq, heç bir ziyan olmadı".

Məktəbə dəyən ziyan araşdırılır.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz