Prosineçki Azərbaycan yığmasından gedir

Xəbərin çap versiyası
Tarix: 13-06-2017, 00:30
Prosineçki Azərbaycan yığmasından gedir


Robert Prosineçki – “Bursaspor” – AFFA üçbucağı arasındakı qeyri-müəyyənlik başa çatmaq üzrədir.

SİVİL.AZ-ın məlumatına görə, gözlənildiyi kimi xorvatiyalı mütəxəssis bundan sonrakı karyerasını Türkiyədə davam etdirəcək.

Bu gün meneceri ilə birlikdə AFFA-da rəhbərliklə danışıqlar masası arxasına oturan baş məşqçi “Bursaspor”da işləmək istədiyini bildirib. Ona yeni müqavilə təklif edilsə də, mütəxəssis bundan imtina edib.

Sabah tərəflər arasında müqavilənin pozulması ilə bağlı hüquqi prosedur yoluna qoyulacaq, ardınca isə Prosineçki Türkiyəyə yollanacaq. Burada isə o, 2+1 illik anlaşmaya imza atacaq.

Qeyd edək ki, keçidlə bağlı iddialar milli komandamızın Şimali İrlandiya ilə oyunundan əvvəl səsləndirilsə də, həm AFFA, həm də Prosineçki bunu sərt bir şəkildə təkzib etmişdi. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz