Speys TV-dən Afət Telmanqızı açıqlaması

Xəbərin çap versiyası
Tarix: 13-06-2017, 11:33
Speys TV-dən Afət Telmanqızı


"Speys" televiziyası şirkətdə 2 keçmiş ANS-çinin arasında baş redaktorluq postu uğrunda qalmaqal yaranması xəbərlərinə aydınlıq gətirib.

SİVİL.AZ bildirir ki, TV-nin icraçı direktoru Kamil Şahverdiyev Bakıpost.az-a açıqlamasında Afət Telmanqızı ilə Azadə Balayeva arasında hər hansı qalmaqal yaşanmadığını bildirib: "Afət Telmanqızı baş redaktorun müavini təyin olunub. Azadə Balayeva da buraxılış redaktoru kimi öz işindədir. Necə əvvəl işləyirdi, indi də öz işinə davam edir. Heç bir əsası yoxdur xəbərin, hər hansı qalmaqal yaşanmayıb”.

Qeyd edək ki, yayılan məlumatlarda Speys TV-nin prezidenti Vaqif Mustafayevin keçmiş ANS-çi Afət Telmanqızını xəbərlər departamentinə baş direktor təyin etdiyi bildirilir. Qeyd olunur ki, o, bu postda Azadə Balayevanı əvəzləyib. Balayeva isə V. Mustafayevin bu qərarını etirazla qarşılayıb və şirkətdən getmək barədə ərizə yazıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz