Xaçmazda polis əməkdaşları qəzaya düşüb

Xəbərin çap versiyası
Tarix: 13-06-2017, 21:25
Xaçmazda polis əməkdaşları qəzaya düşüb


Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

SİVİL.AZ-ın məlumatına görə, Xaçmaz Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşının idarə etdiyi BMW markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlar Xaçmaz DYPB-nin əməkdaşları Quba rayon sakinləri 1993-cü il təvəllüdlü Hökmdar Almazov, 1992-ci il təvəllüdlü Rüstəm Həmidov və Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Fəqan Babayevdir.

Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz