Cavanşir Məmmədov mollaya beh verdi – maraqlı səbəb
Tarix: 13-06-2017, 21:44
Əməkdar artist Cavanşir Məmmədov özü ilə bağlı etiraf edib.
SİVİL.AZ bildirir ki, müğənni “10-dan sonra” verilişində deyib ki, öz ölümü üçün hazırlıqlara çoxdan başlayıb.
İfaçı yas mərasimi üçün mollanı illər əvvəl tutduğunu söyləyib:
“Hər insanı ölüm gözləyir. Məclislərin birində elə molla gördüm ki, oradan çıxıb gedə bilmədim. Həmin molla məclisi o qədər savadlı idarə etdi ki, məni məndən aldı. Ondan çox şey öyrənmişəm. Ona 5 il əvvəldən beh də vermişəm. Demişəm, “Cavanşir Məmmədov rəhmətə gedib” sözünü eşidən kimi bizdə ol”. (Axşam.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər