Ucarda məzunlar yol qəzasına düşüb

Xəbərin çap versiyası
Tarix: 14-06-2017, 18:09
Ucarda məzunlar yol qəzasına düşüb


Ucarda məzunlar yol qəzasına düşüb.

SİVİL.AZ bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bu gün günorta saatlarında rayonun Heydər Əliyev prospektində Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü Namiq Aliq oğlu Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını "Mercedes" markalı avtomobil toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü, sərnişinləri - 2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Məlumata görə, Göyçay rayon sakinləri olan F Əhmədov və İ. İsmayılov orta məktəbdən bu il məzun olublar.

Faktla bağlı araşdırma aparılır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz