Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri - SİYAHI - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 14-06-2017, 21:56
Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri -


SİVİL.AZ Lent.az-a istinadla şou-biznesin heç vaxt ailə qurmayan bəylərinin bir qismini təqdim edir:

Əməkdar artist Teymur Əmrah ailə qurmaq arzusundadır. 45 yaşlı müğənni illərdir öz həmdəmini axtarır. Hətta açıqlamalarının birində söyləmişdi ki, xalq artisti Gülyaz Məmmədova kimi xanımın axtarışındadır.

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri -


Müğənni Samir Bağırov heç vaxt ailə qurmayacağını deyib. 49 yaşlı müğənni bu mövzuda heç vaxt düşünmədiyini də söyləyib.

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri -


S. Bağırovdan fərqli, müğənni Rəhim Rəhimli ailə qurmaq istəsə də, hələ qismət olmayıb.

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri -


64 yaşlı müğənni Sərxan Sərxan da subaydır.

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri -


Müğənni Tunar Rəhmanoğlu subaylar siyahısındadır. Lakin Tunar həvəsdir-bəsdir deyib, orucluqdan sonra özünə toy çaldıracağını deyib. Onun ailə quracağı xanım özəl məktəblərin birində müəllimədir.

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri -


Əməkdar artist, skripkaçı Səlim Abbasov ailə qurmaq arzusundadır. O da həmdəm axtarışındadır: "Evlənmək vaxtıdır, artıq yaş gedir. İstədiyim nailiyyətləri sənətdə əldə etmişəm. İndi də subaylığın daşını atmaq lazımdır. İşə başım qarışıb, şəxsi həyat geridə qalıb. Bu il mütləq evlənəcəm".

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri -


Müğənni Samir Cavadzadə də subaydır.

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri -


Vaxtı ilə Samirlə eyni səhnəni paylaşmış və yaxın dost olmuş müğənni Elnur Hüseynov da hələ ki, ailə qurmaq istəmir.

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri -


Hazırda subay olan aktyor Müşviq Şahverdiyev isə bu il evlənəcəyini deyir: “Anam şikayət edir ki, bu il evlənməlisən. Əgər evlənməsəm, məni evdən qovacaq, sonuncu ilimdir. Ən pisi odur ki, namizəd yoxdur. Anam gündə dörd-beş şəkil göstərir. Ona izah edə bilmirəm ki, şəkillə qız bəyənmək sizin dövrünüzdə qaldı. İndi gərək görüşəsən, danışıb, xasiyyətini öyrənəsən. Elə yaşımdır ki, hansısa universitetin qapısında dayanıb, qız arxasınca düşən deyiləm”.

Şou-biznesin heç vaxt ailə qurmayan kişiləri -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz