Formula-1 ilə əlaqədar 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir

Xəbərin çap versiyası
Tarix: 16-06-2017, 13:32
Formula-1 ilə əlaqədar 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilir


Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

SİVİL.AZ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib. Marşrut xətləri üzrə dəyişikliklər iyunun 17-si üçün planlaşdırılsa da, “Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5, 6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası artıq dəyişdirilib.

M.Ağayev qeyd edib ki, hərəkət trayektoriyası dəyişdirilən marşrut xətlərinə 1, 2, 4, 5, 6, 8,14, 18, 21, 31, 37, 46, 61, 65, 77, 88 və 125 nömrəli avtobuslar daxildir.

Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi iyun ayının 23-25-də keçiriləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz