Keçmiş sevgilisi azərbaycanlı aktrisanı ölümlə hədələyir - İDDİA

Xəbərin çap versiyası
Tarix: 16-06-2017, 21:10
Keçmiş sevgilisi azərbaycanlı aktrisanı ölümlə hədələyir -


Aktrisa-model Əfsanə Qasımova təhdid edilir.


SİVİL.AZ xəbər verir ki, bu barədə ölkə.az-a Qasımova özü məlumat verib. Onun sözlərinə görə keçmiş sevgilisi, memar Cahid Həsənov onu ölümlə hədələyir:

"Mənə deyir ki, səni güllələyərəm. Gah deyir ki, məhəllənizə basqın edəcəyəm. Heç cür məndən əl çəkmir. Bir müddət öncə sevgili olmuşuq və sonra ayrılmışıq. Amma indi mənim yaxamı buraxmır. Danışanda deyir ki, aliməm, akademikəm. Qoy millət bunun əsl üzünü görsün".

Qeyd edək ki, Cahid Həsənov Avropa Elmlər Akademiyasının və Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, BMT tərəfindən mədəniyyətə xidmət medalı ilə təltif olunub.

Ə. Qasımova isə bir sıra seriallarda və kliplərdə rol alıb

Keçmiş sevgilisi azərbaycanlı aktrisanı ölümlə hədələyir -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz