Bu gün Konfederasiyalar Kuboku başlayır
Tarix: 17-06-2017, 16:02
Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017 start götürəcək.
SİVİL.AZ-ın məlumatına görə, 8 komandanın mübarizə aparacağı turnirin açılış matçı Rusiya və Yeni Zelandiya yığmaları arasında keçiriləcək.
Ruslar ev sahibləri olduqları halda, Yeni Zelandiya Okeaniya Futbol Konfederasiyasının çempionu (2016) kimi yarışda iştirak etmək hüququ qazanıb.
Sankt-Peterburq şəhərində keçiriləcək qarşılaşmanı kolumbiyalı referi Vilmar Roldan idarə edəcək.
A qrupunun digər oyunu isə sabah Portuqaliya və Meksika arasında baş tutacaq.
Qeyd edək ki, Konfederasiyalar Kubokunda Rusiya və Yeni Zelandiya milliləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) da mübarizə aparacaq.
FİFA Konfederasiyalar Kuboku – 2017
A qrupu
17 iyun
19:00. Rusiya – Yeni Zelandiya
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Sankt-Peterburq. “Krestovski” stadionu
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər