Nigar Camal həbs oluna bilər - ŞƏRH

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 14:46
Nigar Camal həbs oluna bilər -


Müğənni Nigar Camalın dünən DYP işçiləri haqqında yazdığı status sosial şəbəkələrdə səs-küyə səbəb olub.

Belə ki, müğənninin "DYP – axır zamanlar çox qudurub. Daha susmaq istəmirəm" cümlələri ilə başlayan statusuna DYP tərəfindən münasibət də bildirilib.

SİVİL.AZ bildirir ki, "Qaynarinfo" məsələnin hüquqi tərəflərini araşdırıb. Hüquqşünas Kamandar Nəsibov açıqlamasında "Qudurmaq sözü məna baxımından heyvanlara deyiləcək ifadədir. Əgər bu ifadə konkret insana ünvanlanarsa, bu təhqir sayılar və əks tərəfin müraciəti əsasında təhqirə yol verən şəxs qanunla məsuliyyətə cəlb oluna bilər. İndiki halda DYP bu məsələyə necə münasibət bildirəcəyini və məhkəmədə iddia qaldıracağını dəqiq deyə bilmərəm. Ancaq iddia qaldırılarsa, müğənniyə cərimə tətbiq oluna və ya azadlıqdan məhrum etməyə qədər gətirib çıxara bilər".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz