ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

Xəbərin çap versiyası
Tarix: 20-06-2017, 10:09
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb


Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

SİVİL.AZ-ın APA-ya istinadla məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.

Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz