Müdafiə Nazirliyi: "Ermənistan tərəfi kağız üzərində “qəhrəmanlıqla” məşğuldur"

Xəbərin çap versiyası
Tarix: 20-06-2017, 11:10
Müdafiə Nazirliyi: "Ermənistan tərəfi kağız üzərində “qəhrəmanlıqla” məşğuldur"


Müdafiə Nazirliyi ermənilərin Azərbaycan hərbçisini vurmaları barədə yaydığı məlumatlara münasibət bildirib.

SİVİL.AZ-ın məlumatına görə, Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Ermənistanın sosial şəbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb: “Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə, xidmət etmir.
Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir”.

Nazirlikdən həmçinin bildirilib ki, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib: “Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”.

Qeyd edək ki, Ermənistanın sosial şəbəkələrində erməni silahlı birləşmələrinin Azərbaycan hərbçisini vurmaları barədə məlumat yayılıb. Vurulan hərbçinin Natiq Qurbanov olduğu bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz