Müdafiə Nazirliyi: "Erməni təxribat qrupunun üzvü ələ keçirilib"

Xəbərin çap versiyası
Tarix: 21-06-2017, 11:29
Müdafiə Nazirliyi: "Erməni təxribat qrupunun üzvü ələ keçirilib"


İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

SİVİL.AZ bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Hadisə barədə əlavə məlumat veriləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz