Moldova prezidenti Azərbaycana gəlir

Xəbərin çap versiyası
Tarix: 21-06-2017, 12:34
Moldova prezidenti Azərbaycana gəlir


Moldova prezidenti İqor Dodon Azərbaycana rəsmi səfərə yola düşüb.

SİVİL.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Moldova prezidentinin rəsmi saytında yerləşdirilib.

Dodonun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Moldova Respublikasının Sosialist Partiyasının sədri Zinaida Qreçanıy və Qaqauz muxtariyyətinin başqanı İrina Vlax daxildir.

Məlumata əssən səfər zamanı Moldova prezidentinin azərbaycanlı həmkarı İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasi-zadə, həmçinin Moldova-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.

"Azərbaycan rəhbərliyi ilə müzakirə ediləsi məsələlər var. Səfərin məhsuldar alınacağına ümid edirik", - Moldova prezidenti yola düşməzdən əvvəl qeyd edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz