Tağı Əhmədov: "Məndən alınan 3 milyon manatın qaytarılmasını istəyirəm" - "MTN işi"
Tarix: 21-06-2017, 15:22
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
SİVİL.AZ bildirir ki, APA-nın xəbərinə görə, prosesdə Tağı Əhmədov ifadə verib.
Prosesdən sonra A. Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, T. Əhmədov istintaq zamanı verdiyi ifadəni təsdiq edib. Onun ifadələri arasında ziddiyyət olduğunu deyən S. Rəsulov deyib ki, hakim həmin ziddiyyətləri aydınlaşdırmağa imkan verməyib: "Akif Çovdarov dedi ki, özü ifadə verəndə Tağı Əhmədov iclasda olsun və Tağı Əhmədovun istintaq zamanı verdiyi ifadə elan edilsin, sonra Tağı Əhmədova sualları olacaq. Lakin məhkəmə buna şərait yaratmadı. Tağı Əhmədov istintaq zamanı verdiyi ifadədə pulu mart ayında verdiyini deyib. Lakin həmin vaxt Tağı Əhmədov ölkə xaricində olub. Səlim Məmmədovun vəkili Cavid Rzazadə ondan tələbi olub-olmamasını soruşduqda Tağı Əhmədov bildirdi ki, "elə bil,"Leyli və Məcnun"a gedib baxırsan, sonra soruşursan ki, Leyli kimdi, Məcnun kimdi. Tələbim aydındır".
S. Rəsulov bildirib ki, Tağı Əhmədov Eldar Mahmudov işdən azad edildikdən sonra Rəsul Rəsulov adlı MTN əməkdaşına mesaj yazaraq bildirib ki, "Akif Çovdara de pulu qaytarsın. Bu birincinin göstərişidir": "Biz Tağı Əhmədovdan birinci şəxs dedikdə kimi nəzərdə tutduğunu soruşduq. O, bildirdi ki,birinci dedikdə özünü nəzərdə tutub, göstərişi özü özünə verib. Akif Çovdarov isə Tağı Əhmədova ded ki, "düzünü danış. Səkkiz il sənin kuratorun olmuşam. Bir dəfə aramızda telefon danışığı olubmu?" Tağı Əhmədov da bunu təsdiq etdi".
Vəkil bildirib ki, iclasda T. Əhmədovun oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov da ifadə verib. Onlar istintaq zamanı verdiyi ifadəni təsdiq ediblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər