Azərbaycanlı hakimlər Avropa Liqasına TƏYİNAT ALDI

Xəbərin çap versiyası
Tarix: 21-06-2017, 16:10
Azərbaycanlı hakimlər Avropa Liqasına


Futbol üzrə beynəlxalq dərəcəli hakimlərimiz Avropa Liqasında 2017-18 mövsümünün ilk təyinatını alıblar.

SİVİL.AZ xəbər verir ki, Ömər Paşayev və Rəhim Həsənov Avropa Liqasının I təsnifat mərhələsində oyun idarə edəcəklər.

Ö. Paşayev iyunun 29-da Qazaxıstanda keçiriləcək “Kayrat”-“Atlants” qarşılaşmasının ilk oyununda ədalət təmsilçisi olacaq. R. Həsənov isə həmin gün Latviyada “Ventspils”-“Valur” qarşılaşmasının hakimi olacaq.

Avropa Liqası, I təsnifat mərhələsi

29 iyun

“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev


“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz