Zaxarova: “Həmsədrlərin son bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir”
Tarix: 22-06-2017, 13:53
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunlarına dair bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini tam əks etdirir”.
SİVİL.AZ bildirir ki, APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Həmsədrlərin bəyanatında o cümlədən Rusiyanın mövqeyi və regionda baş verənlərlə bağlı son qiymətləndirmə əks olunub”, - deyə o vurğulayıb.
Bununla yanaşı M. Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu daim Rusiya Xarici İşlər Nazirliyinin gündəmindədir.
Diplomat onu da vurğulayıb ki, Qarabağ nizamlanması iyunun 20-də Moskvada keçirilən Rusiya və Fransa xarici işlər nazirlərinin görüşündə müzakirə olunmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər