Səmra Rəhimlinin seksual GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Tarix: 22-06-2017, 14:09
Azərbaycanı 2016-cı ildə "Eurovision" mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli yeni klipi ilə maqazin gündəminə damğa vurub.
SİVİL.AZ Publika.az-a istinadla xəbər verir ki, gənc ifaçı yutub kanalında “Badminton” adlı rus dilində oxuduğu mahnısına çəkilən yeni klipini təqdim edib. Mahnının söz və musiqisi Boqdana aiddir, klipin rejissorluğu isə Fərhad Əliyə həvalə olunub. Artistin obrazları üzərində stilist Elnur Həsənov çalışıb.
Açıq-saçıq geyimləri ilə müzakirə obyekti olan ifaçı bu dəfə klipindəki ehtiraslı rəqsi ilə gündəmə gəlib. Səmra Rəhimli rəqsi ilə Rusiyanın seks-simvolu sayılan R & B ifaçısı Byankanı kölgədə qoyub. Belə görünür ki, müğənni Azərbaycanın Byankası olmağa iddialıdır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər