İslam Mehrəliyev qazandığı avtomobili satıb? - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 23-06-2017, 11:15
İslam Mehrəliyev qazandığı avtomobili satıb? -


"Maşın" şounun qalibi İslam Mehrəliyevin qazandığı avtomobili satdığı haqda xəbərlər yayılıb.


Hətta mənbə bildirir ki, o, borclarını maşının satışından əldə etdiyi pul vasitəsilə ödəyir.

SİVİL.AZ bildirir ki, Milli.Az-a açıqlama verən aktyor yayılan xəbərləri təkzib edib:

"Təbii ki, bütün bu yayılan xəbərlər şayədir. Maşını hələ ki, gedib götürməmişəm. Bəlkə də məni maşınsız görüblər deyə, fikirləşiblər ki, maşını satmışam. Sadəcə neçə gündür vaxtım yoxdur ki, gedim maşını götürüm. Onu qazanmışam ki, satım? İnşallah, sabah gedib maşını götürəcəyəm, sübut edəcəyəm ki, maşın mənimdir".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz