Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib

Xəbərin çap versiyası
Tarix: 24-06-2017, 20:20
Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib


Formula-1 Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatıb.

SİVİL.AZ xəbər verir ki, “Mercedes”in pilotları Luis Hamilton (1 dəqiqə 40,593 saniyə) və Valtteri Bottas (+0,434 saniyə) ən yaxşı nəticəyə imza atıblar. Onlar müvafiq olaraq, ilk iki pillədə qərarlaşıblar. İlk üçlüyü “Ferrari”nin pilotu Kimi Raykonnen (+1,100 saniyə) tamamlayıb.

Sıralanma turundan sonra Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib.

İyunun 25-də saat 17:00-da baş tutacaq həlledici mərhələnin start düzülüşü aşağıdakı kimi olacaq: Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Kimi Raykonnen, Sebastian Fettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (“Red Bull Racing”), Serxio Peres, Esteban Okon (hər ikisi “Force India”), Lanse Stroll, Felipe Massa (hər ikisi “Williams”), Daniel Rikkiardo (“Red Bull Racing”), Daniil Kvyat, Karlos Sainz (hər ikisi “Toro Rosso”), Kevin Maqnussen (“Haas”), Niko Hulkenberq (“Renault”), Paskal Verlein (“Sauber”), Fernando Alonso (“McLaren”), Romain Qrojan (“Haas”), Markus Eriksson (“Sauber”), Stoffel Vandurne (“McLaren”), Colion Palmer (“Renault”).

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz