İcra başçısının oğluna vəzifə verildi
Tarix: 24-06-2017, 20:54
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Ağdam rayonu İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova vəzifə verib.
SİVİL.AZ-ın veteninfo-ya istinadla verdiyi xəbərə görə, icra başçısının oğlu ƏƏSMN-nin Baş Məşğulluq İdarəsinin Suraxanı rayon şöbəsinə rəis təyin olunub.
Məlumata görə, əvvəllər Suraxanı rayon İH-də işləyən Sənan Məmmədov bir müddət əvvəl yeni vəzifəsinin icrasına başlayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər