Banka borcu olan müğənnilərin SİYAHISI
Tarix: 26-06-2017, 20:30
Məşhurlar nə qədər dəbdəbəli həyat tərzləri ilə diqqət çəksələr də, onların da maddi sıxıntıları olur. Bəzən hətta bu sıxıntılar kredit borcuna qədər gedib çıxır.
SİVİL.AZ metbuat.az-a istinadən banka kredit borcu olan məşhurları təqdim edir:
Müğənni Günel Ələkbərova banka 15 mindən artıq borcu olduğunu, indi isə az miqdarda qaldığını bildirib.
Əməkdar artist Əli Mirəliyev banka borcu olmadığını bildirib.
Müğənni Rəqsanə də hər zaman banklara borcu olduğunu açıqlayıb.
Müğənnilər Sevil və Sevinc bacıları da çox kreditləri olduğunu bildiriblər.
Xalq artisti Faiq Ağayev isə heç vaxt kreditə və ya borca girmədiyini açıqlayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər