Azərbaycanlı rəqqasə: “Mənə iyrənc təkliflər edirlər” - VİDEO
Tarix: 27-06-2017, 16:09
"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı rəqqasə Oksana olub.
SİVİL.AZ xəbər verir ki, maraqlı açıqlamalar verən rəqqasə, ilk olaraq yeniliklərini təqdim edəcəyini dilə gətirib:
“Aylardır Azərbaycanda yox idim, Hindistandaydım. Orada bir neçə layihəyə imza atdım. Qısametrajlı bədii film çəkilişi oldu. Ekran işində baş rollardan birini mən oynadım. Hazır olandan sonra təqdim edəcəm. Ona görə də yenə Hindistana getməli olacam. Qısametrajlı da olsa, mənim obrazım önəmli obrazdır. Biz filmdə ingilis və hind dillərində danışmışıq”.
Yerli şou-biznesdəki paxıllıqdan boğularaq Hindistana gedən aktrisa orda da eyni mənzərə ilə qarşılaşıb:
“Məni qəbul eləmək istəyən çox adam var. Ancaq istəməyənlər də çoxdur. Onların paxıllığını çoxdan hiss etməyə başlamışam. Ola bilər ki, patriotizm var. Ancaq paxıllıqla bağlı söz-söhbətlər daha çoxdur. Mən orda ola bilər ki, çox şey əldə edə bilməmişəm. Halbuki mənim şanslarım böyükdür. Çünki mən orda bir çox öndəgedən sima ilə dostluq edirəm. Ola bilər ki, hələ də istədiyimə nail ola bilməmişəm”.
Hindistanda qohumluiq amillərinin film sənayesində böyük rol oynadığını deyən Oksana onun üçün həmin mühitə girməyin çətin olduğunu etiraf edib:
“Hindistanda filankəsin oğludur, qızıdır, filankəsin qohumudur söhbətləri var. Orda qohumluq münasibətlərinə daha çox üstünlük verilir. Ona görə də qıraqdan gələnlər elə kənarda da qalırlar. Onlara yer çatmır. Orda hər kəs kiminsə qohumudur”.
Rəsulova ona edilən namünasib təkliflərdən və həmin təklifləri qəbul etməməsindən də danışıb:
“Çirkin təklifləri mən insanların qarşısında açıqlamaq istəmirəm. Təbii ki, belə təkliflər çox olub. O qədər iyrənc təkliflərdir ki, mən onları rədd edirəm. Bir pərdə qoymuşam. Bir addımlıq olsun, balaca olsun, ancaq halal olsun. Özümə haqqımı halal edim. Mən bu işləri iyrənc şəkildə edə bilmərəm. Təmiz sevgi təklifləri də olub. Hətta Hindistanda evlilik təklifləri də ediblər. Nəinki Hidistanda, ayrı ölkələrdə də, elə Azərbaycanın özündə də çox sayda evlilik təklifləri olub. Sadəcə mənim ona marağım yoxdur. Mən evlənmək istəmirəm. Nə vaxtsa istəsəm, evlənmək fikrim olsa, mən o təklifləri dəyərləndirməyə başlayaram. Amma hələki istəmirəm”.
O, "Mələyin öpüşü" filmindən də bəhs edib:
“Proses bir ayın içərisində təmiz bitəcək. Avqustdan treylerin təqdimatına başlayacağıq. Nəhayət, sentyabrın ortalarından etibarən çoxdandır gözlənilən “Mələyin öpüşü” filmini görəcəksiz. Filmdə öpüşmə səhnələri var. Bu səhnələr ona görə deyil ki, biz reytinq toplamaq üçün həmin səhnələri daxil etmişik. Yox. Elə olsaydı tamam başqa mövzuda bir şey çəkərdik. Filmdə öpüşmənin böyük rolu var. Filmin adı da elə “Mələyin öpüşü”dür”.
Keçmiş həyat yoldaşı Elşad Xose haqda da danışan rəqqasə onu yerə-göyə sığdıra bilməyib:
“Mələyin öpüşü” filmində aktyorluq baxımından hamını təəccübləndirən Elşad Xose oldu. Mən bu filmdən əvvəl beş filmə çəkilmişdim. Filmdə çəkilənlərin hamısı aktyor idi. Sadəcə Elşad Xosedən başqa. Elşad rejissorun istədiyini bir dubla verirdi. Biz hamımız məəttəl qalırdıq. Bilmirəm mənə görə idimi? Bilirəm ki, o, səhnədə rep deyə-deyə yerindən çox az tərpənir. Səhnənin bir ucundan o biri ucuna getməyə utanır, kompleksi varmı, bilmirəm, ancaq eləmir. Özünə sığışdırmır. Burda Elşad tamam fərqli idi. Mən buna əminəm ki bu ekran əsərindən sonra Elşadı aktyor kimi filmlərə dəvət etməyə başlayacaqlar”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər