Falçının fırıldağı aranı qatdı: qohumlar arasında qalmaqal - VİDEO

Xəbərin çap versiyası
Tarix: 28-06-2017, 23:30
Falçının fırıldağı aranı qatdı: qohumlar arasında qalmaqal -


Falçının fırıldağı həm özünü, həm də qohumunu borca saldı.

SİVİL.AZ bildirir ki, üstəlik, borc qalmaqalı onların qohumluq münasibətlərini də pozdu.
Qarşılaşdığı problem ilə bağlı şikayət edən Bakı şəhər sakini Fəridə Məmmədova deyir ki, Şirin Məmmədova adlı şəxs 2 il əvvəl onunla qohum olmaq üçün qızını oğluna istəyib. O da qızının Şirin Məmmədovanın gəlini olmasına razılıq verib.

Fəridə Məmmədova yeni qohumunun falçılıqla məşğul olduğunu deyir və qohum olmazdan əvvəl onun özü də bunu bilib. Bir müddət sonra falçı qadın Fəridə Məmmədovadan borc pul istəyib. Onun sözlərinə görə, falları düz çıxmadığına görə falına baxdığı insanlar ondan pullarını geri istəyiblər. Şirin Məmmədova da bu pulları yeni qohumundan borc almaqla ödəmək qərarına gəlib.

Ancaq verilən borc pulun üzərindən 2 il keçməsinə baxmayaraq, hələ də Şirin Məmmədova pulu qaytarmır.

Məsələ ilə bağlı adı hallanan Şirin Məmmədovanın yaşadığı ünvana getdik. Qapını döysək də, üzümüzə açan olmadı. Qonşular onun Türkiyədə olduğunu bildirdilər. Onunla telefon əlaqəmiz də nömrəyə zəng çatmaması səbəbindən baş tutmadı. İndi Fəridə Məmmədova yeganə çıxış yolunu qohumluq münasibətlərini pozmaqda və Şirin Məmmədovadan polisə şikayət etməkdə görür. /xezerxeber.az




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz