Qadın bədəni haqda kişilərin bilmədiyi 15 VACİB ELEMENT - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 29-06-2017, 15:03
Qadın bədəni haqda kişilərin bilmədiyi


Çox vaxt əks cinsin nümyəndələri düşünür ki, qadın əsrarəngiz bir aləmdir və onu çözmək mümkün deyil. Bu, haradasa belədir. Lakin ABŞ alimləri bu yolda kişilərə xeyli yardımçı olub.

SİVİL.AZ xəbər verir ki, Amerika alimləri qadın vücudu haqda elə faktların üstünü açıblar ki, bunları biləndən sonra kişilərin işi daha asan olacaq.

1. Qadının ürəyi kişidən sürətli döyünür.
2. Qadınlar gözlərini kişilərdən iki dəfə tez qırpırlar.

Qadın bədəni haqda kişilərin bilmədiyi


3. Qadının kişiyə olan bağlılığı kişiyə nisbətən daha güclüdür. Odur ki, qadınlar ailə qurmağa daha çox cəhd edirlər. Bu, qadın orqanizmindəki oksitosin maddəsinin yüksək olması və qadın beynindəki uzun müddətli bağlılıq hissi formalaşdıran solğun nüvənin daha çox inkişaf etməsilə bağlıdır.
4. Qadın bədəni kaloriləri kişiyə nisbətən daha gec yandırır. Odur ki, kişilər qadından daha tez çəki itirirlər.
5. Qadınların immuniteti kişilərdən daha güclüdür.
6. Qadının dilində dad reseptorları daha çoxdur.

Qadın bədəni haqda kişilərin bilmədiyi


7. Əslində qadınlarda ağrı reseptoru daha çoxdur, lakin bədəndəki estrogen hormonu ağrını yüngülləşdirir. Odur ki, qadın ağrıya kişidən daha dözümlüdür.
8. Qadınlar rəngləri kişilərdən daha yaxşı seçə bilirlər.
9. Qadın dərisi kişidən 10 dəfə çox həssasdır.
10. Qadın yatanda onun bədəninin elektrik aktivliyi cəmi 10 faiz aşağı enir. Odur ki, qadınlar kişilərdən daha ayıq yatırlar.
11. Qadınlar şirin dadları, kişilərdən daha yaxşı ayırd edirlər.
12. Qadının hər iki beyin yarımkürəsi onun nitqini təmin edir. Odur ki, qadınlar gün ərzində 8000 söz, 3000-ə yaxın müxtəlif səslər işlədə bilir. Kişilərdə isə bu, 2 dəfə azdır.

Qadın bədəni haqda kişilərin bilmədiyi


13. 80% qadının sol döşü, sağ döşündən daha böyükdür.
14. Qadının boynu daha hərəkətli olduğu üçün onu çağıranda tək boynunu çevirir. Kişilər isə bütün bədənləri ilə dönürlər.
15. Qadınlarda (xüsusən də kritik günlərdə) progesteron, kortizol və digər hormonlar yüksək olduğu üçün onlar təhlükə hissini kişilərdən daha çox hiss edirlər. (Publika.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz