Toğrulu Azərbaycandan kim küsdürdü? - İnanılmaz səbəblər

Xəbərin çap versiyası
Tarix: 29-06-2017, 22:40
Toğrulu Azərbaycandan kim küsdürdü? -


Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə millimizin üzvü, olimpiya çempionu Toğrul Əsgərov Azərbaycan yığmasından imtina edib və Türkmənistan yığmasının heyətində çıxış edəcək. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

SİVİL.AZ bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, T. Əsgərovun getməsinin əsas səbəblərindən biri Azərbaycan Güləş Federasiyası ilə arasında olan problemlərdir. Bildirilir ki, 9 aya yaxındır boyun fəqərəsindən əməliyyat edilməli olan Toğrula federasiya tərəfindən “pulumuz yoxdur” cavabı verilib. Olimpiya çempionunun yaxın ətrafında gəzən məlumatlara görə isə idmançı ətrafında dopinq məsələsinin ortaya atılması və bu məsələdə onun üstünə çox gedilməsi də Əsgərovun getmək qərarını qətiləşdirib. Güləşçi bu barədə federasiya rəhbərliyinə belə məlumat verməyib.

Ancaq qaydalara əsasən, yerli qurumun icazəsi olmadan o, 2 il ərzində başqa ölkə adı ilə çıxış edə bilməz. Yaxın zamanda AGF rəsmilərinin onunla danışıqlara başlayacağı gözlənilir.

Hazırda müalicə üçün Türkiyədə olan Toğrul Əsgərovun AGF-də yaşadığı problemlər bununla da bitmir. İddiaya görə, sərbəst güləş üzrə milli komandamızın olimpiya oyunlarında nəticə verən bütün üzvləri, eləcə də Toğrul Əsgərov federasiyanın vəd etdiyi mükafatı hələ də ala bilməyib.

Bu azmış kimi, Azərbaycan Güləş Federasiyası 1 ilə yaxındır ki, yığmanın üzvlərinin maaşını ödəmir. Qeyd edilir ki, hətta gənc idmançıların formaları alınmır, xaricdə təlim məşqlərə getməsi üçün maliyyə buraxılmır. Millinin heyətinə qatılan gənc güləşçilər yarışa çıxarkən bir-birilərindən forma alaraq güləşirlər.

Məsələ ilə bağlı Güləş Federasiyasının da mövqeyini öyrənməyə çalışsaq da, hələ ki, bu, bir nəticə verməyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz