Rusiya yığmasının məşqçisi: Azərbaycan və Türkiyə öz aralarında birinci yer uğrunda mübarizə aparacaqlar

Xəbərin çap versiyası
Tarix: 13-03-2017, 22:20
Rusiya yığmasının məşqçisi: Azərbaycan və Türkiyə öz aralarında birinci yer uğrunda mübarizə aparacaqlar

İranda komandalar arasında Dünya Kuboku yarışlarının püşkatmasının nəticələri bir o qədər də əhəmiyyətli deyildir. Turnirdə qələbə qazanmaq üçün hər bir rəqibə qalib gəlməyə hazır olmaq lazımdır. Bu fikri yunan-Roma güləşi üzrə Rusiya yığmasının baş məşqçisi Qoqi Koquaşvili Rusiya KİV-lərinə müsahibəsində səsləndirib.

civilazerbaijan.com AZƏRTAC-a istinadən xəbər verir ki, dünyanın 8 ən güclü komandası arasında turnir martın 16-17-də Abadanda keçiriləcək. Azərbaycan güləşçiləri Türkiyə, Belarus və Ukrayna yığmaları ilə qarşılaşacaqlar. Digər qrupda Rusiya, İran, Qazaxıstan və Almaniya komandaları yarışacaqlar. Kvartetlərin qalibləri finalda görüşəcəklər.

Məşqçi agentliyə müsahibəsində daha sonra deyib: “Bütün kollektivlər güclü heyətlə təmsil olunacaqlar, çünki zəif heyətlə gəlmək bizə, Dünya Kubokuna və başqa komandalara hörmətsizlik etmək deməkdir. Ümidvaram ki, bütün yığmalar güclü heyətdə gələcəklər. Bu, bizim üçün böyük şərəf olacaq. Komandamıza gəldikdə isə deyə bilərəm ki, hər şey normaldır. İndi bütün yığma komandalar ideal formada deyildir. Dünya çempionatı üçün yaxşı hazırlıq səviyyəsinə nail olmaq lazımdır. Amma indi yığmamız həmişəkindən daha güclü və mütəşəkkildir”.

Rusiyalı mütəxəssis digər qrupun tərkibinə münasibətini bildirərək, üstünlüyü Azərbaycan və Türkiyə yığmalarına verib. O deyib: “Əvvəlki turnirlərin nəticələrindən çıxış edərək deyə bilərəm ki, görünür, elə bu komandalar da öz aralarında birinci yer uğrunda mübarizə aparacaqlar”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz