Azərbaycanda "VAZ-2107"də zorlama: qızı maşına mindirdi, kəndə apardı...
Tarix: 4-07-2017, 19:00
Qazax rayon sakini İsmət Mahmudov tanışı ilə cinsi əlaqədə olmaqda ittiham edilib.
SİVİL.AZ bildirir ki, istintaq orqanını gəldiyi nəticəyə görə, hadisə 27 fevral 2015-ci il tarixdə baş verib.
Qadının gücsüzlüyündən istifadə etdi
İsmət Mahmudov həmin gün saat 13.00-da tanışı Samirə Babayeva (ad və soyad şərti verilib - red.) Qazax şəhərində görüşüb. O, Samirə Babayevanın müqavimət göstərmək imkanında olmamasından istifadə edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlib.
İsmət Mahmudov həmin gün saat 18.00 radələrində Samirə Babayevanı idarə etdiyi "VAZ-2107" markalı 35 BG 463 dövlət nömrə nişanlı avtomobili ilə Qazax rayonunun Ağköynək kəndinə gətirib.
Qadının etirazı
Daha sonra İsmət Mahmudov Samirəni həmin kəndə olan su kanalının kənarına aparıb. Orada Samirə Babayevaya qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirib. Lakin Samirə İsmət Mahmudovun istəyinə etiraz edib.
Qadının etiraz etməsinə İsmət Mahmudov əsəbiləşib. O, qadına bir-iki sillə vuraraq avtomobilin arxa oturacağına yıxıb və zorla onun paltarını əyinindən çıxarıb.
Zorlama
İsmət Mahmudov zorla qadınla qeyri-təbbi yolla cinsi əlaqədə olub və ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər edib. Cinsi əlaqədə olandan sonra İsmət Mahmudov onu orada ataraq gedib.
Samirə Babayeva baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında İsmət Mahmudov həbs olunub.
İstintaq orqanı İsmət Mahmudovu Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edib.
Bəraət və şikayət
Onun barəsində toplanan cinayət işi baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilib. Hakim Məhərrəm Allahverdiyevin sədrlik etdiyi prosesdə İsmət Mahmudovun barəsində olan cinayət işi araşdırılıb.
Hakim apardığı araşdırma zamanı İsmət Mahmudovun əməlini sübuta yetirə bilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılıb.
Bu hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq İsmət Mahmudovun barəsində ittiham hökmünün çıxarılmasını istəyib.
Prokurorluğun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə bu şikayət üzrə apelyasiya instansiyasında məhkəmə prosesi başlanacaq. (Publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər