Əli Mirəliyevdan Aygün Səmədzadəyə AĞIR CAVAB - VİDEO
Tarix: 4-07-2017, 18:30
Millət vəkili Ziyad Səmədzadənin qızı bəstəkar Aygün Səmədzadənin sosial şəbəkədə rayon camaatı haqda statusu ictimaiyyətdə birmənalı qarşılanmayıb.
SİVİL.AZ bildirir ki, yenicağ.az-a açıqlama verən müğənni Əli Mirəliyev xanım bəstəkarın statusunu siyasi səhv adlandırıb:
"Belə fikirləri səsləndirmək milləti parçalamaq deməkdir. Bu, çox böyük siyasi səhvdir. Rayon camaatına qurban olum. Bakılılar günorta saat 12-də yuxudan duranda, rayon camaatı sübh tezdən durub, malını otarır, taxılını əkir, bağını belləyir. Mən rayon qızları üçün ölürəm, hamısı saf, təmiz, məsumdur. Bakı paytaxtdır, rayon camaatı əkib-becərib, yetişdirdiyi mer-meyvəni, tərəvəzi gətirir, biz də alıb yeyirik. Nə pislikləri dəyib ki bizə? Bu söhbəti birdəfəlik yığışdırmaq lazımdır. İnsanları üz-üzə qoymaq olmaz. Rayonlu balalar əziyyət çəkib oxuyub, öz biliyi ilə gəlib, ali məktəblərə daxil olub. Nə rüşvət, insanlara belə böhtan atmaq olmaz".
Xatırladaq ki, bəstəkar iyulun 1-də "Bakılılar günü"ndə status paylaşaraq, Bakıya rüşvəti rayonluların gətirdiyini iddia etmişdi:
"Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən... Və bu gün 10 yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər