Erməni silahlı bölmələrinin Füzulidə kəndi atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir
Tarix: 5-07-2017, 01:00
Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.
SİVİL.AZ-ın məlumatına görə, Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov bildirib ki, kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.
Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər