Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar təyin olunmuş yürüş təxirə salındı
Tarix: 5-07-2017, 20:30
İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısında keçirilməsi nəzərdə tutulan yürüş təxirə salınıb.
Bu barədə SİVİL.AZ-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Xəbər verildiyi kimi, bir sıra gənclər təşkilatı 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı yürüş keçirmək arzusunda olduqlarını bildirmişdi.
Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir. Bu səbəbdən gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınmasına qərar verdilər”, – deyə nazirlikdən qeyd olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər