Bakıda maşınlara və qadınlara hücum edən quldurlar peyda olub? – RƏSMİ AÇIQLAMA
Tarix: 6-07-2017, 17:36
Bakı Şəhər Baş Polis İdarəsi gecələr küçələrdə park edilmiş maşınlara və toydan çıxan qadınlara hücum olunması barədə yayılan xəbərlərlə bağlı məlumat yayıb.
SİVİL.AZ-ın xəbərinə görə, idarədən verilən məlumatda bildirilir ki, son günlər bəzi internet-qəzetlərdə Bakıda yeni quldur dəstəsinin peyda olması, gecələr küçələrdə park edilmiş maşınlara, toydan çıxan qadınlara hücum etməsi, quldurluq və soyğunçuluq hadisələri törətməsi barədə təsdiq olunmamış, cəmiyyətdə əsassız təşviş yaratmağa yönəlmiş xəbərlər yayılıb.
"Bildiririk ki, bunlar ayrı-ayrı epizodlarda baş verən və ayrı-ayrı adamlar tərəfindən törədilən quldurluq və soyğunçuluq hadisələridir. Bu istiqamətdə daxil olmuş şikayətlər əsasında, konkret hadisələrlə bağlı cinayət işləri qaldırılıb və əksəriyyəti isti izlərlə açılıb, şübhəli şəxslər məsuliyyətə cəlb olunub.
Hazırda əməliyyat-istintaq işləri davam etdirilir.
Bakı Şəhər baş Polis İdarəsi bu cür yoxlanılmamış məlumatların cəmiyyətdə əsassız çaşqınlıq yaratmağa xidmət etdiyini və əldə olunmuş məlumatların yayımdan əvvəl bir neçə mənbədə yoxlanılmasının vacibliyini bir daha xatırladır", - deyə məlumatda bildirilir. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər