Mübariz Mənsimov Zəhra haqda: “Bu, terror və faşizmdir”

Xəbərin çap versiyası
Tarix: 7-07-2017, 09:00
Mübariz Mənsimov Zəhra haqda: “Bu, terror və faşizmdir”


Azərbaycanlı biznesmen Mübariz Mənsimov iyulun 4-də ermənilərin vəhşicəsinə qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyevadan danışıb.

SİVİL.AZ-ın məlumatına görə, Mənsimov hadisəni terror və faşizm adlandırıb:

“İrqindən, dinindən və milliyətindən asılı olmayaraq heç kim bu hadisəyə sadəcə Azərbaycan xalqının problemi kimi baxmamalıdır. 2 yaşlı uşaq vəhşicəsinə qətlə yetirilib. Bu əməl cəzasız qalmamalıdır. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır. Belə tragediyalarınn qarşısı alınmalıdır. Mən Mübariz olaraq buna belə ad verə bilərəm: Terror və faşizm!”

Qeyd edək ki, Mənsimovun açıqlaması Türkiyə mətbuatında bir çox saytda dərc edilib. Həmçinin, Zəhranın qətlə yetirilməsi 2 gündür Türkiyə mediasında da geniş şəkildə yayımlanır.

Xatırladaq ki, 2 yaşlı Zəhra Quliyeva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirib. (“Qafqazinfo”)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz