ABŞ-dan Zəhranın qətli ilə bağlı BƏYANAT
Tarix: 7-07-2017, 09:30
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı xüsusi bəyanatlıa çıxcış edib.
SİVİL.AZ xəbər verir ki, həmin bəyanatda deyilir: “ABŞ narahatdır ki, çərşənbə axşamı günü Dağlıq Qarabağda atəşkəs yenidən pozulub. Bu, dinc əhali arasında, o cümlədən 2 yaşlı uşağın ölümünə gətirib çıxarıb.
Biz ölənlərin ailələrinə başsağlığı veririk. Həmçinin tərəfləri atəşi dayandırmağa və danışıqlar masasının arxasına keçməyə çağırırıq. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir”, - Dövlət Departamentinin nümayəndəsi deyib. (Virtualaz.org)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər