"Azərbaycana qələbə üçün gedəcəyik"

Xəbərin çap versiyası
Tarix: 9-07-2017, 02:30
"Azərbaycana qələbə üçün gedəcəyik"


Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Polşa təmsilçisi "Yagelloniya"nın futbolçusu Arvidas Novikovas oyun barədə fikirlərini bildirib.

SİVİL.AZ xəbər verir ki, 27 yaşlı litvalı müdafiəçi futbolas.lt saytına açıqlamasında bildirib ki, səfərdə baş tutacaq ilk matçda uğurlu nəticə əldə etməyə çalışacaqlar: "Avropa Liqasının bütün iştirakçıları güclüdür. Buna rəğmən, "Yagelloniya" Azərbaycana qələbə üçün gedəcək. Bütün oyunlar çətindir. Bilirik ki, "Qəbələ" son illər Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Lakin Azərbaycanda qalibiyyət üçün mübarizə aparacağıq. İlk görüşü aktivimizə yazmaq istəyirik. Hətta heç-heçə də yaxşı nəticə olacaq. Daha sonra öz meydanımızda lazım olan nəticəni təmin edərik. Evdə həmişə yaxşı oynayırıq. Ümid edirəm ki, növbəti mərhələyə vəsiqə qazanacağıq".

Qeyd edək ki, "Qəbələ"nin "Yagelloniya" ilə ilk oyunu iyulun 13-də keçiriləcək. "Bakcell Arena"da baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək. Cavab görüşü isə iyulun 20-də olacaq. (goal.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz