Azərbaycanın çoxuşaqlı MƏŞHUR ANALARI - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 9-07-2017, 19:00
Azərbaycanın çoxuşaqlı MƏŞHUR ANALARI -


Azərbaycanda üç və daha çox uşaqlı ailələr çoxlarında təəccüb doğurur. Çünki müasir dövrdə qadınların əksəriyyəti əmindir ki, çox uşaq onların karyera qurmasına imkan verməyəcək. Lakin məşhur analar sübut edirlər ki, dünyaya 3 və daha çox uşaq gətirmək onlara müxtəlif peşə sahələrində uğur qazanmağa mane olmayıb.

SİVİL.AZ bu yazıda Publika.az-a istinadla oxucuları çoxuşaqlı məşhur analarla tanış edir:

Fidan Hacıyeva

Azərbaycanın çoxuşaqlı MƏŞHUR ANALARI -


Əməkdar artist Fidan Hacıyeva 2 oğul, bir qız anasıdır. Fidan Hacıyeva İngiltərə vətəndaşı ilə ailəlidir.

Elnarə Xəlilova

Azərbaycanın çoxuşaqlı MƏŞHUR ANALARI -


Müğənni Elnarə Xəlilova isə siyahının rekordçusudur. Telejurnalist Rövşən Cahangirovla ailəli olan ifaçı 3 oğul və bir qız anasıdır.

Nura Suri

Azərbaycanın çoxuşaqlı MƏŞHUR ANALARI -


Nura Suri də 3 oğul anasıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, Nura 3 uşaq sahibi olmasına baxmayaraq, ideal bədən ölçülərini qoruyub saxlayan nadir yerli ifaçılardandır.

Gülyanaq Məmmədova

Azərbaycanın çoxuşaqlı MƏŞHUR ANALARI -


Xalq artisti Gülyanaq Məmmədova bu ilin yanvarından 4-cü dəfə ana olub. O, dördüncü övladını 43 yaşında dünyaya gətirib. Müğənni açıqlamasında bildirib ki, çoxuşaqlı ana olması onda karyerasını davam etdirməyə mane olmur.

Mələkxanım Əyyubuva

Azərbaycanın çoxuşaqlı MƏŞHUR ANALARI -


Erkən yaşlarında hüquq-mühafizə orqanlarında çalışan bəylə ailə həyatı quran M. Əyyubova dörd övlad anasıdır. Xalq artistinin iki oğlu və iki qızı var.

Aygün Mahmudova

Azərbaycanın çoxuşaqlı MƏŞHUR ANALARI -


Kənan Mahmudovla ailəli olan müğənni Aygün Mahmudova 3 uşaq anasıdır. Onun rejissorla nikahından 2 qızı və bir oğlu var.

Aysel Adıgözəlova


Azərbaycanın çoxuşaqlı MƏŞHUR ANALARI -


“Eurovision 2009” təmsilçimiz Aysel Adıgözəlova ailə qurduqdan sonra karyerası ilə birdəfəlik vidalaşsa da, o, da 3 uşaq anasıdır. Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailəli olan Ayselin bu nikahdan 2 oğlu və bir qızı var.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz