Bakıda “reket jurnalist”lər iş başında tutuldular
Tarix: 15-07-2017, 17:16
Bakıda “reket jurnalist”lərə qarşı əməliyyat keçirilib.
SİVİL.AZ -ın Report-a istinadən məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında Ş.Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün üç min manat pul alan zaman saxlanılıblar.
Fakt üzrə araşdırmalar davam etdirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər