Bakıda restoranda qadın həkimləri vəhşicəsinə döydülər

Xəbərin çap versiyası
Tarix: 17-07-2017, 19:33
Bakıda restoranda qadın həkimləri vəhşicəsinə döydülər


Bakıda növbəti dəfə təcili tibbi yardım briqadasının həkiminin döyülməsi faktı qeydə alınıb.

SİVİL.AZ xəbər verir ki, Xətai rayonu Telnov küçəsi 6 ünvanında yerləşən “Pion palace” restoranına çağırışla gələn təcili tibbi yardım briqadasının həkimi 1987-ci il təvəllüdlü Şamilzadə Aynurə Cavanşir qızı və feldşer Günay Həziyeva xəstənin yaxınları tərəfindən vəhşicəsinə döyülüb. Zorakılığa məruz qalan qadın tibb işçiləri onları vuran şəxslərin cəzalandırılması üçün polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə barəsində ilk xəbəri salamnews saytı yayıb (Lent.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz