Zamiq: “Avtobusa pul verməmək üçün arxadan düşüb qaçırdım”
Tarix: 18-07-2017, 23:30
“Elə bilirsiniz ki, doğulandan yağ-bal içində yaşamışam? Yox...”
SİVİL.AZ-ın məlumatına görə, bunu müğənni Zamiq Hüseynov sosial şəbəkədəki səhifəsində yazıb.
İfaçı uşaqlığını yada salaraq, ona bəxtəvərlik verənlərə bunları deyib: “Bəzən yazırlar dünya sənə və sizə gözəldir. Bir onu bilirəm ki, küçələrdə dönər yeyə-yeyə böyüdüm. O avtobusdan düş qaç buna min, pul verməmək üçün arxada ayaq üstə get-gəl. Bütün sürücülər artıq məni tanıyırdı və qoymurdular maşına minim. Düzdür, bunlar düzgün deyildi, amma nə edim, yox idi. Eh, daha nələr. Bir onu bilirdim ki, sənət öyrənməyə gedirdim. Sənəti sevirdim və sevərək öyrənirdim. Hər gün "Nə vaxtsa yaxşı olacaq” deyirdim. Bu günümüzə min şükür. Allah hamının ürəyincə versin. Hər zaman deyirəm, bu, həm alqışdır, həm də qarğış. Çalışaq alqışı qazanaq. Çünki bütün uğurlar oradadır”. (Ailem.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər