Azərbaycanda havanın sərinləşəcəyi tarix açıqlandı

Xəbərin çap versiyası
Tarix: 21-07-2017, 22:45
Azərbaycanda havanın sərinləşəcəyi tarix açıqlandı


İyulun 23-dən sonra Azərbaycanda hava şəraitinin nisbətən sərinləşəcəyi gözlənilir.

Bu barədə SİVİL.AZ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

A. Verdiyev bildirib ki, iyulun 23-dən sonra Bakıda və Abşeron yarımadasında küləkli, bəzi regionlarda yağıntılı hava şəraitinin müşahidə olunacağı, temperaturun bir qədər aşağı düşəcəyi ehtimal edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz