“Onlar yenidən qəbul imtahanı verəcəklər” – DİM-dən açıqlama

Xəbərin çap versiyası
Tarix: 22-07-2017, 17:43
“Onlar yenidən qəbul imtahanı verəcəklər” –


Dövlət İmtahan Mərkəzi yanğın hadisəsi baş vermiş Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanının taleyi ilə bağlı məlumat yayıb. Mərkəzdən SİVİL.AZ-a verilən məlumatda bildirilir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olub və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub.
“Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün üçün imkan yaradılacaqdır” – deyə məlumatda bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz