Lavrov lağa qoydu: “Prezidentlər bir yerdə tualetə gediblər”
Tarix: 23-07-2017, 11:24
Gizli görüş iddialarına cavab.
SİVİL.AZ xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Putinlə Donald Trampın gizli görüş keçirdiyini deyənləri lağa qoyub. “haberler.com”un verdiyi məlumata görə, XİN başçısı bir NBC kanalında qonaq olub.
“Toplantı başlamadan öncə bir araya gəlinən otaq var. Ora hamı bir avtobusun içində gəlmir. Ona görədə üç dəfədən artıq da görüşə bilərdilər. Bəlkə tualetə də birlikdə gediblər. Bu da dördüncü görüş olub”, – deyə o lağlağı ilə G-20-də Rusiya və ABŞ prezidentlərinin bir dəfədən artıq gizli görüş keçirməsi barədə iddialara cavab verib.
Qeyd edək ki, iki ölkə lideri Hamburqda keçirilən G-20 sammiti çərcivəsində bir dəfə görüşüb. Onların arasında görüş bir saatdan çox davam edib. Daha soonra Trampla Putinin Almaniyada ikinci dəfə gizli görüş keçirməsi barədə xəbər yayılıb. Lakin Tramp bu barədə xəbərləri təkzib edib. “Putinlə gizli şam haqqında KİV-in yalan hekayələri sadəcə dəhşətdir. G20-nin bütün liderləri və xanımları şam süfrəsinə dəvət edilmişdi. Mətbuatın da xəbəri var idi”, – deyə o, “Twitter”də yazıb. (isti.press)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər