Çevik polisin əməkdaşları manyakı uşaq zorlayarkən həbs etdilər - Ölkəni şoka salan iyrənc cinayət
Tarix: 24-07-2017, 12:30
SİVİL.AZ xəbər verir ki, Çevik Polis Alayının baş leytenantı İlqar Sadıqov, çavuş Hafiz Məmmədov və hadisənin təsadüfən şahidi olmuş Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiri cinayətkarın tutulmasında əsl qəhrəmanlıq göstəriblər…
Deyirlər qulaq gündə bir söz eşitməsə, kar olar. Amma bu eşidəcəyimiz söz, hadisə təkcə qulağı kar eləmir, adamın içini yerindən oynadır. İnsan gərək şəxsiyyətini, mənliyini, mənəviyyatını nə qədər alçalda ki, belə alçaq hərəkətə yol verə. Söhbət 8 yaşında oğlan uşağı olan A-nın (ad şərtidir), təxminən 35-40 yaşı olan bir kişi (kişiyə bax) tərəfindən zorlanmasından gedir. Hadisə 21 iyul, axşam saat 20:00 radələrində baş verib. Bu barədə hadisənin təsadüfən şahidi olmuş və o alçağın tutulmasında böyük fədakarlıq göstərmiş, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiri (mərhum xalq şairi Söhrab Tahirin oğlu) bu barədə “Təzadlar”a məlumat verdi.
Məlum olur ki, T.Tahiri idarə etdiyi maşının texniki problemi ilə əlaqədar Xətai rayonu, Mehmandarov küçəsi- 26-28 ünvanında yerləşən avtoservisə gəlir. Maşının problemi bir az uzandığından ərazidə gəzişməyə başlayır. Bu zaman “qluxoy” yer kimi tanınan avtoservisin arxası, eyni zamanda qəbirstanlıq olan yerdən keçərkən görür ki, 35-40 yaşlı kişi cinsinə məxsus məxluq 8 yaşında oğlanı bütün çapalarına baxmayaraq, zorlayır. Gəlin T.Tahirin özünü dinləyək:
-Gördüyüm mənzərədən şoka düşdüm. Əvvəl nə edəcəyimi bilmədim. Tez özümə gəlib, əlimi telefona atdım. Cəld hadisəni telefona çəkmək istədim ki, həmin alçağı tutmaq asan olsun. O, məni görüb qaçmağa üz tutdu. Mən onun arxasınca hardasa 2 km qədər qaçdım. Ancaq tuta bilmədim. Yenidən avtoservisə qayıtdım. 102 xidmətinə məlumat vermək istəyirdim ki, yaxınlıqdan keçən Çevik Polis Alayının maşınını gördüm. Onları saxlayıb hadisəni danışdım. Maşında olan Çevik Polis Alayının baş leytenantı İlqar Sadıqov və çavuş Hafiz Məmmədov xəbərdən dəhşətə gəldilər. Onlar da hadisə yerinə gəlib, ərazini xeyli ələk-vələk elədilər. Lakin o vicdansızı tapmaq mümkün olmadı. Çevik Polis Alayının bu polisləri hadisə barədə ərazi üzrə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə xəbər verdilər. Birgə əməliyyat qrupu yaradıldı. Mən də onlarla birlikdə axtarışda olduq. Gecədən xeyli keçənə qədər axtarış davam etdi. Lakin bir nəticə olmadı. Baş leytenant İlqar Sadıqov qətiyyətlə bildirdi ki, həmin alçağı tapmayana qədər onun üçün heç bir rahatlıq olmayacaq. Araşdırma nəticəsində məlum oldu ki, uşağın anası V. Adlı xanım (ad şərtidi) şadlıq evlərinin birində qabyuyan işləyir. Uşağın anası da bölməyə dəvət olundu və ana eşitdiyi hadisədən sarsıldı. Səhəri günü Çevik Polis Alayının baş leytenantı İ.Sadıqov və çavuş Hafiz Məmmədov, həmçinin hadisənin şahidi kimi mən də həmin ərazidə olan bütün obyektləri, mağazaları, tikinti gedən yerləri gəzdik. Təzə tikintisi gedən binanın 8-ci mərtəbəsində işləyən həmin alçaq tutuldu. Məlum oldu ki, X. Adlı rayondan (həmin rayon tanınmış ziyalıları ilə məşhurdur, amma…) olan Rauf adlı bu alçaq əvvəllər Cinayyət Məcəlləsinin 221-ci maddəsi ilə (221.Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) həbsdə yatıb. O da məlum olub ki, əvvəllər də zorlama kimi hadisəyə yol verib. Bu vicdansız tutulandan sonra onu 5 nəfər digər adamlarla birlikdə cərgəyə düzüblər və həmin uşaq 5 adamın arasından onu kimin zorladığını barmağı ilə göstərib. Eyni zamanda mən də təqdim olunan 5 adamın içərisindən həmin vicdansızı göstərdim.
***
Hazırda həmin adam haqqında cinayət işi açılıb, istintaq gedir. İnanırıq ki, bu vicdansız haqqında çox ədalətli hökm çıxarılacaq və layiqli cəzasını alacaq. Biz isə cinayətin açılmasında böyük fədakarlıq edən Tahir Tahiriyə sonsuz təşəkkürlərimizi bildiririk. Arzu edərdik ki, Xətai rayon Polis İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinə Tahir Tahiri üçün təşəkkür məktubu göndərilsin. Eyni zamanda cinayətkarın tutulmasında öz peşə borclarını ləyaqətlə yerinə yetirən Çevik Polis Alayının baş leytenantı İlqar Sadıqova, çavuş Hafiz Məmmədova və 34-cü bölmənin əməkdaşlarına xüsusi təşəkkürlərimizi bildiririk.
A24.az
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər