Təyyarə qəzasında ayağını itirmiş futbolçu meydana çıxdı - VİDEO

Xəbərin çap versiyası
Tarix: 25-07-2017, 22:58
Təyyarə qəzasında ayağını itirmiş futbolçu meydana çıxdı -


Braziliyanın qəzaya uğramış “Şapekoense” klubunun sağ qalan altı futbolçusundan biri böyük idmana qayıtmaq istəyir.

SİVİL.AZ
xəbər verir ki, Braziliya komandasının qapıçısı Cek Folmann faciədən sonra ilk məşqinə başlayıb.

Qəzadan sonra idmançının sağ ayağı amputasiya olunub, lakin qapıçı protez ayaqla məşqlərə başlayıb.

Xatırladaq ki, 2016-cı ilin noyabrında “Şopekoense” komandası Kolumbiyanın “Atletiko Nasonal” klubu ilə final oyuna uçarkən təyyarə dağa çırpılıb. Qəzada 71 nəfər həlak olmuş, altı nəfər isə xəsarət almışdı. (Oxu.az)




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz