Poroşenkodan Saakaşvili haqda mühüm - Qərar
Tarix: 26-07-2017, 22:10
SİVİL.AZ xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum olunub.
Rambler.ru”-nun verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko fərman imzalayıb.
Ukrayna Miqrasiya Xidmətinin yaydığı məlumatda bildirilir ki, M. Saakaşvili Ukraynadan vətəndaşlıq alarkən anketdə yalan məlumatlar qeyd edib.
Xatırladaq ki, Mixail Saakaşviliyə Ukrayna pasportu 2015-ci ilin mayında P. Poroşenkonun fərmanı əsasında təqdim olunmuş, dekabrda isə o, Gürcüstan vətəndaşlığından məhrum olunmuşdu. (Qafqazinfo)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər