Yeni doğulmuş körpəyə soyad vermək istəmirlər

Xəbərin çap versiyası
Tarix: 2-08-2017, 20:13
Yeni doğulmuş körpəyə  soyad vermək istəmirlər


Şəki rayonu Göybulaq kənd sakini Nurəhmədova Hərizat Balaş qızı kömək etməyimizi istəyir.

Məsələ belədir ki, Hərizat nənənin himayəsində böyümüş nəvəsi Novruzova Sevinc Fərhad qızı 2016-cı ilin avqust ayında el adəti ilə Şəki rayonunun Şin kəndinə ərə gedib. Oğlan evi toy çaldırsa da, nikah kəsdirməyib. Bu məsələ qız evi tərəfindən qaldırılsa da oğlan evi bu gün sabah edə- edə məsələni yubadıb. Toydan yeddi ay sonra Sevincin həyat yoldaşı Ömərov Rizvan Ələddin oğlu bağırsaq keçirməzliyi xəstəliyi səbəbi ilə rəhmətə gedib. Həmin vaxt Sevinc 6 aylıq hamilə olub. Əri rəhmətə getdikdən sonra Sevincin qaynanası Gülşən xanımla xırda məişət problemləri yaşanmağa başlayıb. Gülşən xanım Sevincin evdən getməsini tələb etsə də Sevincin nənəsi körpənin ata evində doğulmasını istəyib. Bu gün Sevincin körpə balası artıq dünyaya gəlib və iki aylıqdır. Lakin dünyaya gələn yetim körpə görünür kimsəyə sevinc gətirməyib. Gülşən xanım körpəyə atasının soyadını verməkdən imtina edir. Bu azmış kimi qəribə bəhanələr gətirib, gah gəlinin getməsini, nəvənin ona verilməsini tələb edib, bununla belə körpəyə soyad verməkdən yenə imtina edir. Hərizat xanım redaksiyamıza müraciət edərək bu müşkül məsələnin işıqlandırılmasını, körpə uşağa atasının soyadının verilməsini istədiyini bildirir. Hələ dünyaya gəlmədən valideyn itkisi ilə qarşılaşmış talesiz uşağın bu yolla dövlətdən müavinət almasını arzulayır ki, bunda da tamamilə haqlıdır. Yəqin ki, məsələyə Şəki rayonunun aidiyyatlı qurumları diqqət yetirəcək, körpə uşağın bütün hüquqları təmin ediləcək. Məsələni diqqətdə saxlayacağıq. (Bizim yol)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz