Altı günlük körpəni öldürən nənə: "Hər şeyi cinlərin üstünə atacaqdım"

Xəbərin çap versiyası
Tarix: 3-08-2017, 19:44
Altı günlük körpəni öldürən nənə: "Hər şeyi cinlərin üstünə atacaqdım"


Lənkəranda 6 günlük nəvəsini öldürdüyünə görə saxlanılan Atifə Nurullayevanın istintaqa verdiyi ifadə məlum olub.

Report xəbər verir ki, hadisə baş verən gün axşam saatlarında qadınlar altıaxşam (ritual: ad qoyma) mərasimi keçirirmişlər.

Bu mərasimə görə yeni doğulan körpənin ətrafına bıçaq, iynə, sancaq düzülür. İnanclara görə, bu, ondan ötrü edilir ki, cinlər körpəyə yaxın gəlməsin. Bundan başqa, həmin gecə “körpənin cindən qorunması üçün” onun yanında böyük adam da qalır. Həmin gecə 6 günlük Mələk Nurullayevanın yanında anası və nənəsi qalıb. Sübh tezdən ana körpəni yedizdirib beşiyinə qoyub. Hadisə də bundan sonra, təxminən səhər saat 4-6 arasında baş verib. Nənə A. Nurullayeva iynələri və sancaqları körpə qızın bədəninə sancıb. Dediyinə görə, o, bu hərəkəti cinlərin üstünə ata biləcəyini düşünüb.

“Mən ikinci qız istəmirdim, oğlumun oğlu olmasını istəyirdim. Düşündüm ki, hamı körpənin cinlər tərəfindən öldürüldüyünə inanacaq. Sonra bu fikrimdən daşındım. Fikirləşdim ki, birdən inanmazlar. Ona görə də körpəni götürüb su quyusuna atdım”, - A. Nurullayeva istintaqa ifadəsində bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz