"Toppuş bacı"nın ailəsində xoş gün - FOTO
Tarix: 13-08-2017, 08:30
"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyevanın ailəsində xoş gündür.
SİVİL.AZ xəbər verir ki, aktrisanın qızı Zəhranın 1 yaşı tamam olub. Bu münasibətlə qızını təbrik edən Tünzalə "Allah ailəmizi, övladımızı pənahında saxlasın. Tanrı bizə bəxş etmədiyi bütün xoş günəri, sağlamlığı, xoşbəxtlikləri övladımıza qismət etsin", - deyə bildirib.
Qeyd edək ki, Tünzalə qızının üzünü mediadan gizlədir.
Xatırladaq ki, T. Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. (axşam.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər